Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bakıda veloyürüş keçirilib

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

Şəhidlər xiyabanından start götürən veloyürüşə ümumilikdə 50-dən çox iştirakçı, o cümlədən federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin üzvləri və həvəskar velosipedçilər qatılıblar. Veloyürüş Fəvvarələr meydanında başa çatıb.

Startdan əvvəl veloyürüş iştirakçılarını salamlayan gənclər və idman naziri Azad Rəhimov Bədən Tərbiyəsi və İdman Günü münasibətilə onları təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən nazir bildirib ki, respublikamızda idmana dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Azərbaycan Velosiped İdmanı Federasiyası mütəmadi olaraq müxtəlif dövlət və ictimai qurumlarla birlikdə dövlət əhəmiyyətli və əlamətdar günlərdə veloyürüşlər təşkil edir. Federasiya Dövlət Bayrağı Günü, Azərbaycan Gəncləri Günü, peşə bayramları günü, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə silsilə yürüşlər reallaşdırıb.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında