FİFA hakimlərin siyahısını martın sonunda müəyyənləşdirəcək

Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiyada dünya çempionatı–2018-in oyunlarını idarə edəcək hakimlərin siyahısını martın sonunda müəyyənləşdirməyi planlaşdırır. Bu barədə məlumatı FİFA-nın hakimlər departamentinin rəhbəri Massimo Buzakkaya istinadla TASS yayıb.

M. Buzakka deyib:–Məncə, biz dünya çempionatında işləyəcək hakimlərin siyahısını martın sonunda qəti müəyyənləşdirə biləcəyik. Bu, Dubayda iki həftəlik seminardan sonra baş verəcək. Seminara martın 25-də yekun vurulacaq. Biz Rusiyada neçə briqadanın işləyəcəyi barədə hələlik bir qərara gəlməmişik. Lakın onların sayı dörd il əvvəlki saydan çox da fərqlənməyəcək. Braziliyada dünya çempionatında 25 briqada işləmişdi.

FİFA hakimlər departamenti rəhbərinin dediyiniə görə, dünya çempionatından əvvəl hakimlər İtaliyanın Koverçano şəhərindəki məşq mərkəzində son toplanışda iştirak edəcək, Moskvaya isə iyunun 3-də gələcəklər.

Rusiyada dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında