Ananddan sonra ikinci

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada səkkizinci dünya çempionu Mixail Talın xatirəsinə həsr edilən rapid üzrə ənənəvi beynəlxalq turnirin gümüş mükafatçısı olmuşdur. Təmsilçimiz on iştirakçının mübarizə apardığı iki dövrədən ibarət yarışda 9 mümkün xaldan 5 xal toplamışdır.

Rusiyalı Sergey Karyakin və Hikaru Nakamura (ABŞ) da Məmmədyarovla eyni nəticə göstərmiş, ancaq əlavə göstəricilərə görə ondan geri qalıb üçüncü-dördüncü yerləri bölüşdürmüşlər.

Turnirin qalibi adını isə finişə 6 xalla çatan hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand qazanmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında