Vüqar Həşimovun 5-ci xatirə turnirinin iştirakçıları məlumdur

Dünya şahmatının nəhəngləri yenidən Azərbaycana səfərə çıxacaqlar. Görkəmli qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən 5-ci beynəlxalq turnirin iştirakçıları və yarışın keçiriləcəyi günlər artıq məlumdur Shamkir Chess 2018 aprelin 18-də başlanıb 28-dək davam edəcək.

Rusiyanın e3e5 saytının Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənova istinadla bildirdiyi kimi, Şəmkir turnirində norveçli dünya çempionu Maqnus Karlsen, keçmiş dünya çempionları Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan), habelə Sergey Karyakin (Rusiya), Aniş Gri (Hollandiya), Din Lijen (Çin), azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov çıxış edəcəklər. Daha bir iştirakçı isə bir qədər sonra müəyyənləşəcək.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında