Mayda, Buxarestdə...

Avropa Voleybol Konfederasiyası qadın komandaları arasında Çempionlar Liqası turnirinin “Dördlər finalı”nı Rumıniyanın paytaxtı Buxarestdə keçirməyi qərara almışdır.

Tribunaları 5200 tamaşaçı tutan “Sala Polivalenta” stadionunda təşkil olunacaq yarışda Rumıniyanı “Alba” klubu təmsil edəcək. Görüşlər mayın 5-6-da keçiriləcək.

Tərkibində Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədovanın da çıxış etdiyi Rusiyanın “Dinamo” (Kazan) klubu da “Dördlər final”ının iştirakçısı ola bilər.

Dinamoçular qrup mərhələsini inamla başa vurub pley-offa vəsiqə qazanmışlar. Rusiya voleybolçuları bu mərhələdən də qalib ayrılsalar, Buxarestdə həlledici görüşlərdə oynayacaqlar. Onların pley-offda kiminlə görüşəcəyi isə bu gün məlum olacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında