Aleksandr Lukaşenko AOK prezidenti ilə II Avropa Oyunlarına hazırlığı müzakirə etmişdir

Belarus Teleqraf Agentliyinin (BELTA) yaydığı xəbərə görə, martın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Yanez Koçiançiç ilə görüşündə II Avropa Oyunlarına hazırlıq müzakirə olunmuşdur.

Y. Koçiançiç qeyd etmişdir ki, Avropa Olimpiya Komitələri qarşıdakı yarışlara hazırlıq prosesindən razıdır. O, demişdir:–Sizin əməkdaşlar öz işlərini çox yaxşı yerinə yetirirlər. Biz artıq hazırlıq işlərinin həlledici mərhələsindəyik. Həm təşkilat komitəsi, həm də peşəkar əməkdaşlar öz işlərinin öhdəsindən çox yüksək səviyyədə gəlirlər.

AOK prezidentinin dediyinə görə, Belarus bütün gözləntiləri doğruldub: “Biz bilirdik ki, belə də olacaq, ona görə ki, Belarusun idman tədbirlərinin təşkili sahəsində böyük təcrübəsi var”.

O, həmçinin  Belarus Respublikasını Pxençxanda keçirilmiş Qış Olimpiadasında uğurlu çıxışı münasibətilə təbrik etmişdir:–Dünyada 15-ci yer, həqiqətən, yüksək nailiyyətdir. Bununla da siz Belarus idmanının yüksək səviyyəsini təsdiq edirsiniz.

BELTA-nın bu xəbərinə əlavə olaraq xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilmişdir. Minskdə II Avropa Oyunları isə 2019-cu il iyunun 21-də starta çıxıb 30-da finişə çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında