Karlsen, Məmmədyarov, Kramnik

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci il martın 1-nə olan vəziyyətə görə reytinq cədvəllərini dərc etdirmişdir. Planetin ən yaxşı 100 kişi şahmatçısının siyahısında Azərbaycan milli komandasının dörd üzvü də vardır.

Yalnız norveçli dünya çempionu Maqnus Karlsendən (2843) geri qalan Şəhriyar Məmmədyarov (2809) ikinci mövqeyi özündə saxlayır. Üçüncü pillədə rusiyalı Vladimir Kramnik (2800) irəliləyir.

Azərbaycanın digər şahmatçılarından Teymur Rəcəbov (2748) siyahıda 18-ci, Rauf Məmmədov (2709) 39-cu, Arkadi Naydiç (2701) 45-cidir.

Qeyd edək ki, Məmmədyarov və Kramnikin də iştirakçısı olacaqları dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə cəmi bir həftə qalır. Dünyanın  hər yerində böyük maraqla gözlənilən bu turnir martın 10-dan 28-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək. Onun qalibi noyabr ayında Londonda dünya tacı uğrunda matçda Karlsenlə görüşmək hüququ qazanacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında