Mixail Tal unudulmayıb

Moskvada səkkizinci dünya  çempionu Mixail Talın xatirəsinə həsr edilən 11-ci beynəlxalq şahmat turniri start ərəfəsindədir.

Ümumi mükafat fondu 150 min ABŞ dolları olan turnirdə, artıq xəbər verdiyimiz kimi, Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da çıxış edəcək. Qrossmeysterimizin rəqibləri isə rusiyalılar Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşi, Daniil Dubov, ABŞ təmsilçisi Hikaru Nakamura, hindistanlı Vişvanatan Anand, israilli Boris Gelfand olacaq.

Turnir iştirakçıları martın 2-4-də rapid yarışının (9 tur) mükafatları uğrunda mübarizə aparacaq, martın 5-də isə blits görüşlərində (13 tur) qarşılaşacaqlar.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında