Çempion bir dəfə də uduzmadı

Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının qızıl medalını FİDE ustası Xanım Balacayeva qazanmışdır.

Turnirdə bir dəfə də uduzmayan ölkə çempionu keçirdiyi doqquz görüşdən dördündə qalib gəlmiş, beşində isə rəqibləri ilə heç-heçəyə razılaşmışdır. Balacayeva finişə 6,5 xalla çatmışdır.

Gümüş mükafatçı Günay Məmmədzadə də çempionla eyni miqdarda xal toplamış, ancaq əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənməli olmuşdur.

Bürünc medalı isə iki qalibdən yarım xal geri qalan Gülnar Məmmədova qazanmışdır.

İyirmi şahmatçının çıxış etdiyi çempionatda dördüncü–altıncı yerləri hərəyə 5,5 xalla Zeynəb və Türkan Məmmədyarovalar və Nərmin Məmmədova bölüşdürmüşlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında