19 medal və erməni rəqiblər üzərində beş qələbə

Azərbaycan idmançıları Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr edilən sərbəst güləş, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnirdə böyük uğurla çıxış etmişlər. Yarışda 31 nəfərlə mübarizəyə qoşulan təmsilçilərimiz 37 ölkədən 500-ə yaxın idmançının rəqabətində 19 medal–9 qızıl, 6 gümüş və 4 bürünc mükafat qazanmışlar.

Üstəlik də, Azərbaycan milli komandasının üzvləri Xocalı soyqrımının növbəti ildönümü ərəfəsində keçirilən yarışın gedişində erməni rəqiblərini beş görüşdə mübarizə meydanını məğlubiyyətlə tərk etməyə məcbur etmişlər.

Ukrayna paytaxtında ölkəmizə qızıl medalları “sərbəstlər” Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), yunan-Roma üsulu ilə güləşənlər Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Rafiq Hüseynov (82 kq) və qadın güləşçi Tatyana Omelçenko (62 kq) qazandırmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında