“Aeroflot Open”də daha iki qələbə

Azərbaycan şahmatçıları Moskvada keçirilən ənənəvi “Aeroflot Open” festivalının üçüncü turunda daha iki qələbə qazanmışlar.

“A” turnirində Rauf Məmmədov argentinalı Alan Piçota qalib gəlmiş, “B” qrupunda isə Vüqar Əsədli Çin təmsilçisi Gi Çeni məğlubiyyətlə barışmağa məcbur etmişdir. Bu turnirdəki digər şahmatçımız Nərmin Xələfova Aleksandr Demyanuka (Rusiya) uduzmuşdur.

Üç turdan sonra hesabında 2 xal olan Məmmədov turnir cədvəlinə başçılıq edən moldovalı Viktor Boloqandan 1 xal geri qalır, “B” turnirində 2,5 xala malik Əsədli hərəyə 3 xal toplamış altı liderin yarım addımlığındadır. Xələfovanın isə 0,5 xalı var.

Bu gün hər iki turnirdə dördüncü turun görüşləri keçiriləcəkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında