“Kosmos”da ikinci qələbəmiz

Moskvanın “Kosmos” mehmanxanasında keçirilən “Aeroflot Open – 2018” beynəlxalq şahmat festivalında  Azərbaycan təmsilçiləri ikinci qələbələrini qazanmışlar.

Bu dəfə “A” qrupunda çıxış edən Rauf  Məmmədov fərqlənmişdir.  Qrossmeysterimiz turnirdə uğursuz  startdan sonra  ikinci turda qara  fiqurlarla hindistanlı Arjun Eriaşi üzərində  qələbə qazanmışdır.

İki turdan sonra 1 xala malik Məmmədov dünən keçirilən üçüncü turda argentinalı Alan Piçot ilə  görüşmüşdür.

Azərbaycan şahmatçılarının bu turnirdə ilk qələbəsi isə birinci tura təsadüf etmişdir. “B” qrupunda çıxış edən Vüqar Əsədli yarışa qələbə ilə başlamış, ertəsi gün isə hindistanlı Rut Padmin ilə  heç-heçəyə razılaşmışdır.  İki turdan sonra  Əsədlinin 1,5 xalı var  və  o, liderlərdən yarım xal  geri  qalır.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında