Respublika üzrə üçüncü olan Qazax həndbolçularını rayon rəhbəri qəbul etdi

Hərəsinin 15-16 yaşı var. Amma artıq Qazax rayonunda onları hamı tanıyır. Bilirlər ki, yanvarın son günlərində Bakıda, “ABU-Arena”da həndbol üzrə keçirilən açıq birincilikdə respublikanın 10 ən güclü komandalarının yarışında üçüncü yerə layiq görülüblər.Əlbəttə, böyük uğurdur, Qazaxda digər idman növləri kimi, həndbolun da inkişaf etdiyinin əyani nümunəsidir.Təbii ki, illər keçəcək bu yeniyetmələr daha böyük yarışlarda öz güclərini sınayacaqlar. Lakin Qazağın adına şöhrət gətirən bu qələbəni heç vaxt unutmayacaqlar. Yaddaqalan, həyatlarında xoş iz buraxan başqa bir hadisə isə rayon rəhbərininin onlarla görüşü olacaq.

İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Olimpiya İdman Kompleksinin komandasının üzvlərini qəbul etdi, onlara daha böyük qələbələr qazanmağı arzuladı. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə Qazaxda da diqqətəlayiq işlər görüldüyünü qeyd etdi və onların hər biri ilə ayrı- ayrılıqda tanış oldu. Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Olimpiya İdman Kompleksinin nəzdində yaradılmış əl topu komandasının məşqçi-müəllimi Valeh Namazov rayon rəhbərliyinə yarış barədə məlumat verdilər. Hətta rayondan 3 idmançının – Miray Həsənov, Fərid Omarlı və Sadiq Arıxovun 2002-2003-cü il təvəllüdlü yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandasının üzvü seçildiyini bildirdilər. Deməli, Qazax idmançıları həm də beynəlxalq yarışlarda öz qüvvələrini sınayacaqlar.      

Rayon rəhbəri ilə görüşdə məlumat verildi ki, komandanın üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.     

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə Valeh Namazovu Fəxri Fərmanla təltif etdi,  komandanın üzvlərinə qiymətli hədiyyələr verdi.

        

                     Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında