Simulyatorda “Formula-1” çempionatının Lənkəran üzrə qalibi: Qələbə qazanacağıma inanırdım

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarında “Sənin sürət formulan” adı altında keçirilən simulyatorda “Formula-1” çempionatının Lənkəran mərhələsinin qalibi müəyyənləşib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Lənkəran şəhərinin 2, 4, 7 və 10 saylı orta məktəblərinin yuxarı sinif şagirdlərinin mübarizə apardığı çempionatda 10 saylı məktəbin 9-ci sinif şagirdi Azər Məmmədli fərqlənib. On beş  yaşlı məktəbli simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:206) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib.

Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final mərhələsində yarışmağa vəsiqə qazanmış  A.Məmmədli  sertifikatla təltif edilib. O, qələbəyə görə böyük sevinc hissi yaşadığını bildirərək təəssüratlarını bölüşüb:“Yarışın qalibi olduğum üçün həddindən çox həyəcanlı və sevincliyəm. Yarış bir qədər çətin oldu. Çünki Bakı Şəhər Halqasında yarışmağın müəyyən çətinlikləri var. Təlimlərin keçirildiyi gün simulyatorlarda bir neçə dəfə sınaq yürüşləri etdim və qələbə qazanacağıma çox inanırdım. Nəhayət qələbə qazandım və Lənkəranı Bakıda keçiriləcək final yarışında yüksək səviyyədə təmsil edərək orada da qalibiyyət əldə etmək istəyirəm.”

Qeyd edək ki, çempionata fevralın 19-u Lənkəranda start verilib. İlk gün şəhər orta məktəblərinin 200-dək yuxarı sinif şagirdi yol hərəkətinin təhlükəsizliyinə dair AAF mütəxəssisləri tərəfindən keçirilmiş təlimlərdə iştirak ediblər və həmçinin həmin gün ərzində simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub. Fevralın 20-də isə öncəki gün təlimdə iştirak edən məktəblilər simulyatorda yarışıblar.  

Çempionatla əlaqədar olaraq regionlarda keçiriləcək növbəti təlimlər və yarışlar ardıcıllıqla Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada baş tutacaq. Simulyatorları daşıyan treyler fevralın 21-də Lənkərandan Şirvana yola düşəcək. Çempionatın bu şəhərdəki mərhələsi 22-23 fevral tarixlərində keçiriləcək.

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında