“Aeroflot Open”in qalibi Dortmunda uçacaq

Moskvanın “Kosmos” mehmanxanasında ənənəvi “Aeroflot Open” beynəlxalq şahmat festivalına start verilmişdir. Sayca 16-cı dəfə təşkil olunan festival turnirləri üç qrupda keçirilir.

“A” qrupunda 100-ə qədər şahmatçı, o cümlədən 66 qrossmeyster çıxış edir. Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov (2709) reytinqə görə yarış iştirakçılarının siyahısında dördüncüdür. İlk üçlüyü isə rusiyalı Vladimir Fedoseyev (2724), Hindistan təmsilçisi Santoş Vidit (2723) və Dmitri Andreykin (Rusiya, 2712) təşkil edirlər.

Doqquz turdan ibarət turnir fevralın 28-də finişə çatacaq. Qalib şahmatçı iyun ayında Dortmundda (Almaniya) keçiriləcək superturnirə vəsiqə qazanacaq.

Daha iki təmsilçimiz Vüqar Əsədli və Nərmin Xələfova isə “B” qrupunda yarışırlar. Bu qrupda mükafatlar uğrunda 120-dək rəqib mübarizə aparır.

Dünən axşam keçirilən birinci turda Məmmədov Manuel Petrosyana (Ermənistan) qarşı oynamışdır. Əsədli və Xələfova isə müvafiq surətdə  Vladimir  Zemerov (Rusiya) və Valeri Kazakovski (Belarus) ilə  görüşmüşlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında