Lənkəranlı gənclər “Formula-1” çempionatında

 Lənkəran Şəhər Mədəniyyət Mərkəzində  “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula-1” (F1) çempionatına start verilib. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində  təşkil edilmiş çempionat daxilində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunub.

“AZƏRTAC” informasiya agentliyinin   məlumatına görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndəsi Sevda Cahangirova qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında gənclər arasında “Formula-1” və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

Martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəranla yanaşı  Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalibin seçiləcəyini, həmin qaliblərin Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq final turunda yarışacaqlarını deyən BŞƏŞ-in nümayəndəsi  S.Cahangirova yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələrin təqdim olunacağını qeyd edib.

İki gün davam edəcək tədbirin birinci günü Lənkəranda ictimaiyyətə açıq “Formula-1” simulyator oyunları və 200 nəfərdən çox IX-XI sinif şagirdləri üçün yol hərəkəti qaydaları ilə bağlı təlim keçirilib.

Azərbaycan Avtomobil Federasiyasının təlimçisi, Azərbaycan Texniki Universitetinin “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının dosenti Əlləz Əliyevin sözlərinə görə, “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində təlim keçmiş şagirdlər fevralın 20-də “Formula-1” simulyator yarışlarında iştirak edəcək və onlar arasında qalib müəyyən olunacaq.

 

Əfsanə ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında