Ölkələr və medallar

Əgər Koreya Respublikasının Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının tədricən finişə yaxınlaşdığını və komanda hesabında liderlik edən Norveç ilə Almaniyanın  rəqiblərindən xeyli irəli olduqlarını nəzərə alsaq, bu iki ölkəyə çatmaq çətin  olacaq.

Fevralın 19-da keçirilmiş Olimpiadanın 10-cu gününün  yarışlarından sonra medalçı ölkələrin siyahısına başçılıq edən Norveçin 11 qızıl, 9 gümüş və 8 bürünc mükafatı var, ikinci pillədə olan Almaniya 10 qızıl, 6 gümüş və 4  bürünc medal qazanmışdır.  Liderlərin ən yaxın izləyicisi Kanada (6+5+6) onlardan  xeyli  geri  qalır.

Oyunların ilk on günündə 27 ölkə idmançıları medal qazanmışlar, 18  komanda qızıl mükafatlara sevinmişdir.

Olimpiada sahibləri Koreya Respublikası idmançıları 3 qızıl, 2 gümüş və 2 bürünc medalla 9-cu yeri tuturlar.

Yaxın xaric ölkələrindən hələlik ən yaxşı nəticəni Belarus  Respublikası  idmançıları göstərmişlər – 1 qızıl, 1 bürünc medal. Ukraynanın 1 qızıl, Rusiyanın 3 gümüş və 8 bürünc, Qazaxıstanla Latviyanın hərəyə 1 bürünc medalı var.

 

“Xalq qəzeti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında