Fəxri kürsünün gümüş pilləsində

İsveçin Klippan şəhərində qadın güləşçilərin beynəlxalq turniri başa  çatmışdır. Azərbaycan milli komandasının lideri Mariya Stadnik 50 kq çəki dərəcəsində çıxışlarını gümüş medalla  başa vurmuşdur.

Olimpiya oyunlarının iki gümüş və bir bürünc medalının sahibi Stadnik finaladək Rumıniya,  Kanada və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlubiyyətə uğratmış (müvafiq surətdə 10:0, 12:0 və 10:0 hesabı ilə), ancaq finalda ötən ilin Asiya və dünya çempionu yaponiyalı Lui Susakiyə uduzmuşdur. Həlledici görüş heç-heçə (2:2) nəticələnsə də, qələbəyə sonuncu xalı qazanan yapon güləşçi sevinmişdir, Stadnik isə gümüş medalla kifayətlənməli olmuşdur.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında