Olimpiadada lider dəyişdi

Bu gün Koreya Respublikasının Pxençxan şəhərində sonuncu həftəsinə başlayan XXIII Qış Olimpiya Oyunlarında daha  bir ölkə medallarının  hesabını açmışdır. Üstəlik də, qızıl mükafatla.

Ukraynalı həmkarlarımızın böyük sevinclə qeyd etdikləri kimi, onların həmvətəni fristaylçı Aleksandr Abramenko xizəkçilik  akrobatikasının superfinalında fantastik nəticə ilə Olimpiadanın çempionu adını qazanmışdır.

İndi hesabında bir qızıl mükafat olan Ukrayna medalçı ölkələrin  siyahısında  17-ci pillədədir. Digər yaxın xaric ölkələrindən Belarus Respublikası (1 qızıl, 1 gümüş mükafat) 15-ci, Rusiya (3 gümüş, 8 bürünc medal) 11-ci, Qazaxıstan (1 bürünc mükafat) 25-ci yerləri tuturlar.

Cədvəlin ən yüksək pillələrində ciddi dəyişiklik baş vermişdir. Norveç medalların keyfiyyətinə görə uzun müddət liderlik etmiş Almaniyaya çatmış, sayına  görə isə ondan xeli irəli çıxmışdır. Norveş olimpiyaçıları 19 fevral startlarına 26 medalla (9 qızıl, 9 gümüş, 8 bürünc), almanlar isə 18 mükafatla (9+5+4) başlamışlar.

Medal qazanmış ölkələrin siyahısında birinci beşliyi Hollandiya (6+5+2), Kanada (5+5+6) və ABŞ (5+3+2) tamamlayırlar.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında