Çempion liderdir

Azərbaycanın qadın voleybol komandalarının Superliqa turnirində 5-ci turun oyunları olmuşdur. Hazırkı ölkə çempionu “Azərreyl” klubu “Lokomotiv”i çətinlik çəkmədən məğlubiyyətə uğratmış, “Abşeron” da öz növbəsində Azərbaycan Voleybol Federasiyasının (AVF) komandası üzərində asan qələbə qazanmışdır. Hər iki oyunda hakimlər 3:0 hesabı qeydə almışlar.

Çempionatda itkisiz irəliləyən “Azərreyl” 15 xalla turnir cədvəlinə inamla başçılıq edir. Onun ən yaxın izləyicisi “Abşeron” 12 xal toplamışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında