Azərbaycan gimnastı Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanmışdır

Azərbaycan idmançısı Dərya Farşbafşəhriyari bu il oktyabrın 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanmışdır.

Təmsilçimiz Moskvada yenicə başa çatmış bədii gimnastika üzrə təsnifat turnirində fərqlənmişdir. Dərya 33 ölkə nümayəndələrinin iştirakı ilə keçirilmiş yarışda lent, həlqə, gürzlər və top ilə çıxışlarının yekununda 23,500 xal toplayaraq, 14-cü yeri tutmuşdur. Bu nəticə ona Buenos-Ayresə “bileti” təmin etmişdir.

Azərbaycan gimnastının müvəffəqiyyəti barədə məlumatı idman ictimaiyyətimizin diqqətinə çatdıran azerisport.com, həmçinin qeyd etmişdir ki, Moskva turnirindən Olimpiya
startlarına ən yaxşı 18 idmançı vəsiqə qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında