Regionlarda “Formula-1” ilə bağlı çempionat təşkil ediləcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula 1 (F1) çempionatı keçirəcək. Çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq. Bu barədə Kristal Zalda keçirilmiş mətbuat konfransında səsləndirilib. Qeyd edilib ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır.

Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada olan yuxarı sinif şagirdləri iştirak edəcəklər.

Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək və həmin qaliblər Bakıda Novruz bayramı ərəfəsində baş tutacaq final mərhələsində yarışacaqlar.

Yarışın sonunda qalib ilə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və dəyərli hədiyyələr təqdim olunacaq.

Layihənin təqdimatı ilə əlaqədar Kristal Zalda keçirilən mətbuat konfransında çıxış edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sözügedən layihənin region ictimaiyyəti arasında F1-ə böyük həvəs yaradacağını qeyd etdi: “Son illər ölkədə keçirilən “Formula-1” yarışları ölkə ictimaiyyəti arasında bu idmana böyük maraq oyadıb. Yarışlar Bakıda keçirildiyindən paytaxt sakinləri F1-in gətirdiyi əyləncə və coşğunu daha çox yaşaya bilirlər. Biz də bu layihə vasitəsi ilə çalışırıq ki, region ictimaiyyəti də Bakıda olan yarış həyəcanı və coşğusuna qoşula bilsin. İnanırıq ki, bu layihə region sakinlərini F1 ilə daha yaxından tanış edərək ölkə ictimaiyyəti arasında bu avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.

Azərbaycan Avtomobil Federasiyasından (AAF) verilən məlumata görə, layihə çərçivəsində məktəblilərə yol hərəkətinin təhlükəsizliyinə dair seminarlar veriləcək. Qeyd edilib ki, AAF yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri, o cümlədən məktəblilər arasında “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlar keçirir.

Regionlarda keçiriləcək bu seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında