Böyük beşlik

Koreya Respublikasında keçirilən 2018 Qış Olimpiya Oyunlarında yarışların birinci həftəsinə yekun vurulmuşdur. Olimpiadada medal qazanmış ölkələrin siyahısına əvvəlkitək Almaniya başçılıq edir.

Bu ölkənin idmançıları qızıl medalların sayını artıq 9-a çatdırmışlar. Lider komandanın hesabında həmçinin 2 gümüş və 4 bürünc, cəmi 15 mükafat vardır.

Medalların sayına görə isə birinci yeri Norveç tutur. Norveçlilər Olimpiada startlarında 17 dəfə fəxri kürsüyə dəvət olunmuşlar–6 qızıl, 7 gümüş və 4 bürünc mükafat.

Medalçı ölkələrin siyahısında birinci beşliyə həmçinin Hollandiya (5+5+2), ABŞ (5+1+2) və Kanada (4+5+4) daxildir.

Fevralın 15-də ispaniyalı Recino Ernandes snoubordçuların yarışlarında öz ölkəsinə bürünc medal qazandırdıqdan sonra XXIII Qış Olimpiya Oyunlarının mükafatlarına sevinmiş ölkələrin sayı 21-ə çatmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında