“Formula-1” Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov: “Bu, yarışların ölkəmizə faydalarının artırılması üçün göstərilən səylərin əyani sübutu oldu”

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Azərbaycan Avtomobil Federasiyası və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” mövzusunda keçirilmiş konfransa iştirakçıların göstərdikləri maraq onu daha daha yüksək səviyyəyə qaldırdı və bu istiqamətdə  düzgün addım atdığımızı göstərdi. Bu barədə  sözügedən konfransda  “Formula-1”  Azərbaycan Qran Prisinin promouteri Arif  Rəhimov  çıxış edərkən bildirib.

“Bütün həmkarlarımızla  bir araya gələrək birlikdə uğurlara nail ola biləcəyimizi eşitmək bizi bir daha həm ruhlandırdı, həm də inamımızı artırdı.”-deyən natiq bu istiqamətdə görülən işlərdən danışıb.

“Bu konfrans Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivinin ölkəmizdə “Formula-1”in ən sürətli şəhər trekində baş tutacaq növbəti F1 yarışlarının  Azərbaycana  uzunmüddətli iqtisadi, sosial və mədəni faydalarının daha da artırılması istiqamətində göstərdiyi böyük səylərə əyani sübut oldu. Biz gələn il üçüncü dəfə konfrans keçirməyi indidən səbrsizliklə gözləyirik”-deyə “Formula-1”  Azərbaycan Qran prisinin promouteri Arif  Rəhimov  qeyd edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında