“Formula-1”-in baş icraçı direktoru Çeys Keri: “Bakının timsalında qazanılmış uğur üçün tərəfdaşlarımıza bundan sonra da dəstək olacağıq”

“Biz bu möhtəşəm idmanın gücündən istifadə etməklə son iki il ərzində Bakının timsalında qazanılmış uğuru və inkişafı yarışın keçirildiyi hər bir yerdə təmin etmək üçün tərəfdaşlarımıza dəstək olmağa davam edəcəyik” Bu fikirləri “Formula-1”-in baş icraçı direktoru Çeys Keri Bakıda keçirilən beynəlxalq konfransda çıxış edərkən söyləyib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) və Azərbaycanın aparıcı biznes qurumlarının təmsilçilərinin iştirakı ilə “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları-2018” mövzusunda Bakıda ikinci dəfə baş tutan beynəlxalq konfransda iştirak etmiş baş icraçı direktor “Formula -1”in gələcəyi ilə əlaqədar şəxsi fikirlərini bölüşüb. O, həmçinin bu avtoidmanın və onun çox sayda qlobal tərəfdaşının bir araya gələrək uzun müddət yaddaşlarda qalacaq ən yüksək səviyyəli çempionatı keçirməyə dair gələcək planlarından  da söz açıb.

Baş icraçı direktor Çeys Keri  ikinci dəfə yüksək səviyyədə keçirilən konfransda çıxış etmək üçün Bakıya dəvət edilməsinin onun üçün  böyük şərəf olduğunu vurğulayıb. O qeyd edib ki,  “Formula 1”-in gələcəyinə dair yeni baxışlarımızın mərkəzində duran əsas məsələlərdən biri Qran Pri yarışlarının təşkilatçıları ilə daha sıx işləmək və qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirməkdir. ” Bu gün bir daha aydın oldu ki, “Formula-1” yarışı ona ev sahibliyi edən şəhərə iqtisadi, sosial və mədəni baxımdan çox müsbət təsirlər göstərməkdədir. Biz bu möhtəşəm idmanın gücündən istifadə etməklə son iki il ərzində Bakının timsalında qazanılmış uğuru və inkişafı yarışın keçirildiyi hər bir yerdə təmin etmək üçün tərəfdaşlarımıza dəstək olmağa davam edəcəyik”—deyə qonaq əlavə edib.

“Formula 1”-in Təşkilatçılar və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloi Target-Adams da çıxış edərək belə irimiqyaslı idman yarışlarının keçirilməsi zamanı   təşkilatçılarla  daha səmərəli işlərin qurulması və “F1”-in yeni rəhbərliyinin gördüyü işlər barəsində ətraflı məlumat verib.

“Formula-1”  Azərbaycan Qran Prisinin promouteri Arif  Rəhimov  Çeys Kerini Bakıda qarşılamaq və onun “Formula-1“in gələcəyinə dair fikirlərini dinləməyin böyük şərəf olduğunu vurğulayıb. O qeyd edib ki, bu “Formula-1”-in yeni rəhbərliyinin çempionatın hamı üçün daha da yaxşılaşdırılması və həmçinin növbəti illərdə ev sahibi ölkələrində bu avtoidmanın daha geniş şəkildə yayılması istiqamətində yarışın təşkilatçıları ilə birlikdə işləməyə böyük səy göstərməsininin açıq nümunəsidir.

Heydər Əliyev Mərkəzində  Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Azərbaycan Avtomobil Federasiyası və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda həmçinin  Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev çıxış ediblər.

Formula 1 yarışları 1950-ci ildən etibarən keçirilir. Bu yarış dünyanın ən prestijli və həmçinin il ərzində silsilə şəklində baş tutan ən məşhur avtoidman yarışıdır.

 

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında