Qızıl onluq

Koreya Respublikasının Pxençxan şəhərində davam edən XXIII Qış Olimpiya Oyunlarında hələlik on ölkənin nümayəndə heyətləri öz təmsilçilərinin qızıl mükafatlarını bayram etmişlər.

Olimpiadada medal qazanmış ölkələrin siyahısına başçılıq edən Almaniya komandasının üzvləri 5 dəfə fəxri kürsünün zirvəsinə dəvət olunmuşlar. Cədvəldə onların ən yaxın izləyicisi Hollandiya ən yüksək mükafatların sayına görə Almaniyadan 1 medal geri qalır. Birinci beşliyi təşkil edən digər 3 ölkə Norveç, Kanada və ABŞ hərəyə 3 qızıl mükafat qazanmışlar.

Fransa, İsveç və Avstriyanın 2, İtaliya və Koreya Respublikasının 1 qızıl medalı var.

Bu gün Olimpiada iştirakçıları dağ xizəkçiliyi, xokkey, snoubord, fiqurlu konkisürmə və daha bir neçə növ üzrə yarışlarda medallar uğrunda mübarizə aparacaqlar.

 

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında