74 ölkədən 220-dən çox karateçi

Fevralın 16-dan 18-dək Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) keçiriləcək beynəlxalq “Karate 1 Premyer Liqa” turnirində Azərbaycan komandası geniş heyətlə təmsil olunacaq.

Ölkə Karate Federasiyasının mətbuat xidmətinin yaydığı xəbərə görə, turnirdə milli komandamızın əsas və əvəzedici üzvlərindən Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə, Rafiz Həsənov (hər üçü -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Fəridə Əliyeva (+67 kq) və başqaları ustalıqlarını nümayiş etdirmək imkanı qazanacaqlar.

Şübhəsiz, qarşıdakı mötəbər yarış onun iştirakçıları 74 ölkənin 220-dən çox təmsilçisi üçün çox faydalı olacaq.

 

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında