Beşqat çempion

Hollandiyalı konkisürən İren Vyustun beşinci dəfə Qış Olimpiya Oyunlarının çempionu olmaq arzusu həyata keçmişdir. O, növbəti qızıl medalını Pxençxanda (Koreya Respublikası) XXIII Olmipiadada qazanmışdır.

İ.Vyust qadın konkisürənlərin 1500 metr məsafəyə yarışında  bütün rəqiblərindən yüksək sürət göstərərək finişə birinci çatmış və olimpiyaçı karyerasında beşinci dəfə fəxri kürsünün zirvəsinə yüksəlmişdir.

Xoşbəxt çempion startlardan dərhal sonra demişdir: – Düz iyirmi il əvvəl, 2006-cı il fevralın 12-də Turində Olimpiya Oyunlarında  ilk medalımı qazanmışdım. Indiki Olimpiada karyeramda sonuncudur. Şadam ki, daha bir qızıl medal qazanmaq arzum həyata keçdi.

Xarici həmkarlarımız onu da xatırladırlar ki, Vyust Qış Olimpiya Oyunlarında ümumilikdə 10 medal qazanmışdır və öz idman növündə  ən titullu idmançıdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında