Medal qazanmış ölkələrin sayı 18-ə çatdı

Koreya Respublikasının Pxençxan şəhərində təşkil edilmiş  XXIII Qış Olimpiya Oyunlarında  fevralın 12-də keçirilmiş yarışlardan sonra medal qazanmış ölkələrin sayı bir qədər də artıb 18-ə çatmışdır.

Əvvəlkitək siyahıya Almaniya komandası başçılıq edir – 4 qızıl, 1 gümüş, 2 bürünc mükafat. İkinci mövqedə olan Hollandiyanın hesabında 3 qızıl, 2 gümüş və 2 bürünc medal  vardır.  Üçüncü pillədə isə 2 qızıl, 4 gümüş və 3 bürünc medalla Norveç millisi irəliləyir. Bu ölkənin idmançıları mükafatların sayına görə (9) isə birincidirlər.

Cədvəldə dördüncü – doqquzuncu yerləri Kanada (2+4+1), ABŞ (2+1+1), Fransa (2 qızıl, 1 bürünc), İsveç (1 qızıl, bir gümüş), Avstriya  və Koreya Respublikası (hərəyə 1 qızıl medal) tuturlar.

Yaxın xaric ölkələrindən Rusiya 1 gümüş, 1 bürünc medal qazanmış, Qazaxıstanın isə 1 bürünc mükafatı vardır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında