Avropa çempionu Batumidə müəyyənləşəcək

Martın 17-də Gürcüstanın Batumi şəhərində starta çıxacaq kişilər arasında şəxsi Avropa çempionatında medallar uğrunda 280 nəfərədək şahmatçı mübarizə aparacaq.

Chess-results.com saytında verilmiş iştirakçıların siyahısında turnirin ən yüksək reytinqli  şahmatçısı çexiyalı David Navara (2745) olacaq. Birinci beşliyə həmçinin rusiyalı Dmitri Yakovenko (2744), polyak Radoslav Voytaşek (2735), Vasili İvançuk (Ukrayna, 2731) və azərbaycanlı qrossmeyster Rauf Məmmədov (2709) daxildirlər.

On bir turdan ibarət Avropa çempionatında Məmmədovla yanaşı, daha bir qrup təmsilçimiz Arkadi Naydiç (2705), Qədir Hüseynov (2646), Eltac Səfərli (2639), Nicat Abasov (2608) və başqaları çıxış edəcəklər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında