Fevralın 18-də və 22-də

İ D M A N

Azərbaycan təmsilçisi Patrik Braxner Koreya Respublikasının Pxençxan şəhərində gündən-günə sürətini artıran XXIII Qış Olimpiya Oyunlarında bu həftə yarış məsafəsinə dəvət olunacaq.

İdmançımız Olimpiadada ilk startına fevralın 18-də çıxacaq. Həmin gün Braxner böyük slalom yarışlarında mübarizə aparacaq. Bundan dörd gün sonra, fevralın 22-də Patrik bir daha ustalığını nümayiş etdirəcək. Bu dəfə slalom yarışlarında.

Bu növün nümayəndələrinin startlarının Yenpxen dağ xizəkçiliyi kurortunda təşkil olunacağını da qeyd edək.

 

İlk çempion

 

Pxençxan Olimpiadasında ilk qızıl medalı isveçli xizəksürən Şarlott Kolla qazanmışdır. O, fevralın 10-da qadınların skiatlon yarışlarının qalibi olmuş və Qış Olimpiya Oyunları tarixində özünə XXIII  Olimpiadanın ilk çempionu kimi yer etmişdir.

 

Oyunun qəhrəmanı –Alina Müller

 

Qış Olimpiya Oyunları proqramında böyük maraq doğuran yarışlardan biri, qadın xokkey komandalarının turniri İsveçrə millisinin Koreya birləşmiş komandası üzərində böyük hesablı qələbəsi ilə başa çatmışdır – 8:0.

Kvandon Universitetinin arenasında keçirilmiş oyunun qəhrəmanı 4 qolun müəllifi Alina Müller olmuşdur.

Bu turnirin  daha bir neçə oyunu belə nəticələnmişdir: İsveç – Yaponiya – 2:1, Kanada – Rusiya – 5:0, ABŞ – Finlandiya – 3:1.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında