Pxençxanda Olimpiya həyəcanları başlayır

Bu gün Koreya Respublikasının Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi olacaq.

Fevralın 25-dək davam edəcək Olimpiadanın medalları uğrunda 92 ölkənin nümayəndələri mübarizə aparacaqlar.

Artıq qəzetimizin xəbər verdiyi kimi, bu startlarda Azərbaycanı bir idmançı Patrik Braxner təmsil edir. O, slalom və böyük slalom yarışlarında iştirak edəcək.

Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edir. Heyətə, həmçinin MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və başqaları daxildirlər.

Xarici kütləvi informasiya vasitələrinin yaydıqları xəbərlərə görə, XXIII Qış Olimpiya Oyunlarında ən böyük nümayəndə heyəti ilə ABŞ təmsil olunur–242 nəfər.

Olimpiada iştirakçıları konkisürmə, dağ xizəkçiliyi, bobsley, biatlon, xokkey və qış idmanının bir sıra başqa növlərində ustalıqlarını nümayiş etdirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında