Beş görüşdə dörd qələbə

Mazandaranda (İran İslam Respublikası) davam edən beynəlxalq “Fəcr” turnirində Azərbaycan şahmatçısı Azər Mirzəyev liderlər qrupunda irəliləyir.

Üç qələbə və bir məğlubiyyətdən sonra beşinci turda kubalı Migel Xuan Ponsa qalib gələn Mirzəyev 5 mümkün xaldan 4 xal toplamışdır. Qrossmeysterimiz bu nəticə ilə daha altı rəqiblə ikinci-səkkizinci yerləri bölüşdürür. Turnirin lideri isə ən yaxın izləyicilərindən yarım xal irəlidə olan Rusiya şahmatçısı Pavel Ponkratovdur (4,5 xal).

Doqquz turdan ibarət yarışda bu gün 6-cı raundun görüşləri keçiriləcəkdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında