UNESCO-nun baş direktorunun ictimaiyyətə müraciəti

UNESCO-nun baş direktoru Odri Azuley  ictimaiyyətə müraciət edib. Müraciət 13 fevral - Dünya Radio Günü ilə əlaqədardır. Məlumat  Dünya Radio Gününün rəsmi saytına istinadla  verilib.  Müraciətdə bildirilir ki,  builki gün radio və idman mövzusuna həsr edilib.  Həmçinin  deyilir ki, idman tədbirlərindəki ruh yüksəkliyini və həyəcanı, oyunların ədalətli keçirilməsini, komanda işini, idmanda bərabərliyi çatdırmaqda radio mühüm vasitədir. Radio həm oyun meydanında, həm də meydandan kənarda irqçi və ksenofobiya stereotiplərinə qarşı mübarizədə, habelə dialoq və dözümlülüyü, müxtəlifliyi inkişaf etdirməkdə kömək edə bilər.

Müraciətdə  UNESCO qadın idmanının daha yaxşı işıqlandırılması, efirdə diskriminasiyaya qarşı mübarizə, idmanın kütləvi informasiya vasitələrində bərabər imkanlarının təşviqi məsələləri üzərində işləyir.

UNESCO-nun baş direktoru ictimaiyyəti radionun daha müstəqil və plüralist kütləvi informasiya vasitəsinə çevrilməsi uğrunda fəal olmağa, sülhün inkişafı məqsədilə idman radiosunun potensialını artırmaqda səy göstərməyə çağırır.

Bildirək ki,  13 fevralın  Dünya Radio Günü kimi qeyd edilməsi 1946-cı il həmin gündə “BMT-nin radiosu”nun ilk dəfə efirə çıxması ilə bağlıdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında