Dünyada ikinci!

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci il fevralın 1-nə olan reytinq cədvəlini dərc etdirmişdir. Yanvarda Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş ənənəvi mötəbər beynəlxalq turnirdə uğurlu çıxışları sayəsində öz göstəricisini daha da artırıb 2814-ə çatdıran azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov siyahıda hazırkı dünya çempionu norveçli Maqnus Karlsendən (2843) sonra ikinci mövqedədir. İlk dəfədir ki, Azərbaycan şahmatçısı dünya reytinqində belə yüksək pilləyə ucalmışdır.

Planetin ən yaxşı 10 şahmatçısı sırasına Karlsen və Məmmədyarovla yanaşı,  Vladimir Kramnik (Rusiya, 2800), Uesli So (ABŞ, 2799), Levon Aronyan (Ermənsitan, 2797), Maksim Vaşye-Laqrav (Fransa, 2793), Fabiano Karuana (ABŞ, 2784), Hikaru Nakamura (ABŞ, 2781), Vişvanatan Anand (Hindistan, 2779) və Aniş Giri (Hollandiya 2777) daxildirlər.

 

Liderin yarım addımlığında

 

Rusiya paytaxtında keçirilən “Moskva Open” beynəlxalq şahmat festivalında bir qrup Azərbaycan təmsilçisi də iştirak edir. Festivalın “A” turnirində altı turdan sonra Aydan Höccətova liderlər qrupunda irəliləyir. Üçüncü mövqedə olan şahmatçımız 5 xal toplamışdır və rusiyalı lider Marina Neçayevadan yarım addım geri qalır.

Festivalın “B” turnirində isə Azərbaycan şahmatçıları arasında ən yüksək nəticə göstərən Günay Məmmədzadə  4,5 xala malikdir. Turnir cədvəlinə başçılıq edən israilli Tamir Nabati və Nikolay Şux (Rusiya) 5,5 xal toplamışlar.

Hər iki turnir doqquz turdan ibarətdir. Dünən axşam rəqiblər yeddinci turun görüşlərində qarşılaşmışlar.

 

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında