Bu gün: Azərbaycan – Fransa

Bu günlər Sloveniyanın paytaxtı Lyublyanada futzal üzrə Avropa çempionatının final mərhələsinin görüşləri keçirilir. Qitə çempionu adı, habelə gümüş və bürünc medallar uğrunda 12 komanda mübarizə aparır.

Rəqiblər püşk nəticəsində dörd qrupa bölünmüşlər. Azərbaycan millisi İspaniya və Fransa yığmaları ilə birlikdə “D” qrupuna daxildir.

Qalan üç qrupun isə tərkibi belədir: “A”. Sloveniya, İtaliya, Serbiya. “B”. Rusiya, Qazaxıstan, Polşa. “C”. Portuqaliya, Ukrayna, Rumıniya.

Hər qrupdan ən yaxşı iki komanda dörddəbir finala çıxacaq. Fevralın 5-6-na təyin edilmiş dörddəbir final görüşlərinin qalibləri yarımfinalda (8 fevral) mübarizəni davam etdirəcəklər. Final və üçüncü yer uğrunda oyun fevralın 10-da keçiriləcəkdir.

Azərbaycanın futzal ustaları qrup mərhələsinə bu gün Fransa millisinə qarşı oyunla başlayacaq, bundan iki gün sonra isə ispanlarla görüşəcəklər.

Avropa çempionatına Sloveniya – Serbiya və Rusiya – Polşa görüşləri ilə start verilmişdir. Hər iki oyunda hakimlər heç-heçə qeydə almışlar – müvafiq surətdə 2:2 və 1:1.

Növbəti iki görüşdə Portuqaliya komandası Rumıniya yığmasına qalib gəlmiş – 4:1, İspaniya isə Fransa ilə heç-heçə oynamışdır – 4:4.

Bu gün çempionatda Azərbaycan – Fransa görüşü ilə yanaşı, Rumıniya – Ukrayna matçı da oynanılacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında