Vaqner Lav “Beşiktaş”a keçib

Türkiyənin “Alanyaspor” klubunun 33 yaşlı hücumçusu Vaqner Lav “Beşiktaş”a transfer olunub. Bu barədə “Eurosport” məlumat yayıb.

Bildirilir ki, braziliyalı hücumçu “Beşiktaş”la 2019/2020-ci il mövsümünün sonunadək müqavilə bağlayıb.

Qeyd edək ki, Lavın “Beşiktaş”a  keçidi 3,7 milyon avroya başa gəlib.

Xatırladaq ki, Vaqner Lav ötən mövsüm 28 oyunda 23 qol vurmaqla Türkiyə çempionatının bombardiri olub. Cari mövsümdə isə forvard çempionatda 14 matç keçirib və 10 dəfə fərqlənib.

Elçin ABBASOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında