Beynəlxalq Hərbi İdman Şurasının prezidenti Bakıdadır

 Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti, polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, nümayəndə heyəti səfərin ilk günü  Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri  Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyub.

Qeyd edək ki, yanvarın 25-dək davam edəcək səfər çərçivəsində CISM nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində görüşləri nəzərdə tutulur.

Görüşlərdə CISM ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında