“Formula –1”: onlayn akkreditasiyası qaydaları sadələşdirilib

Bu il  aprelin 27–29-da   Bakının ev sahibliyi edəcəyi  “Formula–1”  Azərbaycan Qran-prisi ilə yenə də Azərbaycan dünya mediasının diqqətini özünə çəkəcək. Artıq ənənəvi olaraq, Qran-pri yarışlarını işıqlandırmaq üçün   yerli və xarici jurnalistlərin akkreditasiyası başlayıb. Ötən dəfədən fərqli olaraq, indi yerli jurnalistlər üçün akkreditasiya müddəti yanvarın 31-də   başa çatacaq. Bu fikirlər  Bakı Şəhər Halqasının jurnalistlər üçün təşkil etdiyi seminarda səsləndirildi.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin  KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva  2018 “Formula 1”  Azərbaycan Qran-prisinə media nümayəndələrinin akkreditasiyası qaydaları haqqında ətraflı məlumat verərək jurnalistləri qeydiyyat qaydaları ilə tanış etdi.  Bildirildi ki, bu dəfə jurnalistlərin akkreditasiya qaydaları sadələşdirilib və yarışı işıqlandırmaq istəyən hər bir jurnalist yanvarın 31-dək  qeydiyyatdan keçərək müraciət edə bilər.

Bakı Qran-prisinə hazırlıq barədə məlumat verən menecer bildirdi ki, artıq şəhərdə konstruksiya quraşdırma işlərinə başlanıb. Bakı Qran-prisinin idman aləmində müsbət əks-sədasına toxunan A. Ağayeva qeyd etdi ki, Azərbaycan Qran prisi  bu sahədə nüfuzlu sayılan  Monako Qran prisi ilə müqayisə edilir: “Sevindirici haldır ki, Azərbaycan Qran–prisini Monako Qran-prisi ilə müqayisə edirlər. Bunu fanatlar da etiraf edirlər. Ancaq biz çalışırıq ki, özünəməxsusluğumuzu qoruyub saxlayaq. Çalışırıq ki, “Formula –1”  Bakı Qran-prisi istər əyləncə proqramı, konsert proqramı və istərsə də rəngarəngliyinə görə seçilsin. Xarici jurnalistlərin artıq viza və otel xidmətləri təqdim edilib.”

Seminarda qeyd edildi ki,  xarici və yerli jurnalsitlər üçün Bakının görməli yerlərinə ekskursiya turu da nəzərdə tutulub. Artıq Bakı Şəhər Halqasının təqvimi hazırdır. Yarışın  təqvimində 21 ölkə yer alır. Azərbaycan Qran-prisi isə cədvəldə 4 cü yerdədir.  Qran-pridə on  komanda heyəti çıxış edəcək.

Sonda  keçən il  13-14 dekabr tarixlərində  baş tutmuş “Sürətin nəbzini tut-2” adlı praktiki təlimdə iştirak etmiş jurnalistlərə  sertifikatlar təqdim olundu.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında