Bakı Şəhər Halqasının meneceri Ayan Ağayeva : Azərbaycan Qran -prisini Monako Qran- prisi ilə müqayisə edirlər

Sevindirici haldır ki, sürət həvəskarları Azərbaycanın ev sahibliyi etdiyi Azərbaycan Qran-prisini Monako Qran -prisi ilə müqayisə edirlər. Əlbəttə ki, bu, çox müsbət haldır. Bu barədə  Bakı Şəhər Halqasının KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva  jurnalistlər üçün  “Medianın yarışa akkreditasiyası” mövzusunda təşkil edilmiş seminarda bildirdi. Onun sözlərinə görə, dünya sürət həvəskarlarının və mediasının diqqətini çəkməyi bacaran Azərbaycan Qran- prisi barədə müsbət əks-səda görülən işlərin nəticəsidir. “ Ancaq biz çalışırıq ki, Azərbaycan Qran -prisində özünəməxsusluğumuzu qoruyub saxlayaq. Çalışırıq ki, Formula 1 Azərbaycan  Qran- prisi istər əyləncə, konsert proqramlarına, istərsə də rəngarəngliyinə görə digər Qran-prilərdən fərqlənsin, tamaşaçıların marağına səbəb olsun.”

  Bakı Şəhər Halqasının KİV əməliyyatları üzrə meneceri Ayan Ağayevanın sözlərinə görə, bu dəfə də media əməkdaşlarının yarışı yüksək səviyyədə işıqlandırmaları üçün xüsusi məkanlar təşkil ediləcək.  Biz çalışacayıq ki, üç gün müddətində yerli və xarici jurnalistlər yarışı işıqlandırmaqla yanaşı, həm də onlar arasında səmimi ünsiyyət, əməkdaşlıq və təcrübə mübadiləsi üçün də şərait yaradaq. Artıq xarici jurnalistlərin viza və otel xidmətləri təqdim edilib. Yarışı işıqlandıran jurnalistlər  üçün Bakının görməli yerlərinə ekskursiya turu da nəzərdə tutulub.

Qeyd edək ki, jurnalistlərin akkreditasiyası üçün  qeydiyyat  yanvarın 31-də başa çatır.

 

Əfsanə Ələsgərli,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında