Qrossmeysterlər Ər-Riyadda

Ər-Riyadda (Səudiyyə Ərəbistanı) kişi və qadın şahmatçılar arasında dünya çempionatına start verilmişdir. Kişilərin turnirində medallara 134, qadınların yarışında isə 100 iddiaçı vardır.

Çempionatların ümumi mükafat fondu 2 milyon dollardır. Yarışlar İsveçrə sistemi üzrə keçirilir. Rapid çempionatı 15 turdan ibarətdir, blitsdə qalib və mükafatçılar 21 turda müəyyənləşəcək.

İştirakçılar arasında 2013-cü ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilmiş rapid üzrə dünya çempionatının qızıl medalının sahibi Şəhriyar Məmmədyarov başda olmaqla bir qrup həmvətənimiz də vardır.

Rəqiblər mübarizəyə rapid turniri ilə başlamışlar. Yarışın birinci günü Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Eltac Səfərli və Türkan Məmmədyarova göstərmişlər. Onlar beş görüşdə hərəyə 3,5 xal toplamışlar. Məmmədyarov, Rauf Məmmədov və Ülviyyə Fətəliyeva 3 xal qazanmışlar.

Dünən çempionatda növbəti beş turun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında