Kuboka doğru daha bir addım

Bakının kişilərdən ibarət “Lokomotiv” komandası Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” yarışlarında fəxri mükafata doğru daha bir addım atmışdır.

Azərbaycan paytaxtı voleybolçuları bu dəfə 1/16 finalda Portuqaliyanın “Fonte Bastardo” klubunu turnirdə mübarizəni dayandırmağa məcbur etmişlər. Paytaxtımızda keçirilmiş ilk oyunda 3:1 hesabı ilə qələbə qazanan “Lokomotiv” Portuqaliyada cavab matçında üç hissədə uduzsa da, əlavə “qızıl” hissədə qalib gəlmişdir. Bununla da, təmsilçimiz iki oyunun ümumi yekununda Portuqaliya klubundan üstün olmuş və növbəti mərhələdə kubok uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdır.

Səkkizdəbir finalda Azərbaycan klubunun rəqibi Yunanıstanın “Olimpiakos” komandası olacaq. İlk oyun gələn il yanvarın ortalarında Yunanıstanda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında