Moskvadan medallarla

İdman

Azərbaycan idmançıları Moskvanın “Olimpiyski” İdman Kompleksində keçirilmiş kişi və qadınlar arasında idman gimnastikası üzrə Mixail Boronin kuboku turnirində uğurla çıxış etmişlər. Gimnastlarımız 24-cü dəfə təşkil edilən bu ənənəvi turnirdə üç medal qazanmışlar.

Yarışların birinci günü Marina Nekrasova və Yuliya İnşinadan ibarət heyətimiz komanda hesabında bürünc medallara sahib olmuşdur. Birinci- ikinci yerləri isə Rusiya və Özbəkistan nümayəndələri tutmuşlar.

Milli Gimnastika Federasiyası mətbuat xidmətinin turnir  haqqında yaydığı xəbərdə, həmçinin bildirilir ki, M.Nekrasova daha iki medala şəxsi yarışlarda sevinmişdir. Gimnastımız sərbəst hərəkətlərdə gümüş və tir üzərində təmrinlərin icrasında bürünc medal qazanmışdır.

 

Birinci onluqda

 

Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova Birləşmiş Ərəb Əmirliklərində Sərcah şəhərinin kuboku uğrunda 8-ci beynəlxalq turnirdə çıxışlarını birinci onluqda başa vurmuşdur. O, yüzə qədər rəqibin iştirak etdiyi turnirin sonuncu günü gürcüstanlı Ana Qavaşeliyə qalib gələrək 9 mümkün xaldan 6,5 xal toplamışdır.

Turnirdəki digər təmsilçimiz Türkan Məmmədyarova  isə son turda Birləşmiş Ərəb Əmirlikləri şahmatçısı Ouşi Əl-Şəmsi ilə görüşdən qalib ayrılmışdır. Nəticədə T. Məmmədyarova 6 xal toplayaraq, bacısından yarım xal geri qalmışdır.

Yarışın qalibi adını 7,5 xalla Polşa şahmatçısı Monika Soçko qazanmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında