Azərbaycanın tatami ustaları fəxri kürsüdə

Azərbaycanın iki tatami ustası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş cüdo üzrə “World  Masters” turnirinin mükafatçısı olmuşdur. Hidayət Heydərov (73 kq) və Elxan Məmmədov (100 kq) dünya cüdosu liderlərinin bu mötəbər yarışında bürünc medal ­qazanmışlar.

Üçüncü yer uğrunda görüşdə Heydərov monqolustanlı Odbayar Qanbatardan üstün olmuş, Məmmədov isə Kirill Denisova (Rusiya) qalib gəlmişdir.

 

Bacılar liderlər qrupunda

 

Birləşmiş Ərəb Əmirliklərində keçirilən Sərcah şəhərinin kuboku uğrunda qadınlar arasında şahmat üzrə səkkizinci beynəlxalq turnirdə dörd turdan sonra Azərbaycan təmsilçiləri Zeynəb və Türkan Məmmədyarovalar liderlər qrupunda irəliləyirlər.

İlk üç turda hərəyə üç qələbə qazanan bacılar 4-cü turda bir-birinə rəqib olmuş və heç-heçəyə razılaşmışlar.

Yüz nəfərə qədər iştirakçının mübarizə apardığı turnirdə dörd turdan sonra turnir cədvəlinə hərəyə 4 xala malik Belçika təmsilçisi Anna Zozulya, gürcüstanlı Keti Tsatsalaşvili və Monika Soçko (Polşa) başçılıq edirlər. Hərəyə 3,5 xal toplayan Məmmədyarovalar liderlərdən yarım xal geri qalırlar.

Doqquz turdan ibarət turnirdə dünən beşinci raundun görüşləri keçirilmişdir.

 

Finalda Fransa qalib gəlmişdir

 

Almaniyada qadınlardan ibarət komandalar arasında həndbol üzrə dünya çempionatı Fransa millisinin qələbəsi ilə başa çatmışdır. Dünya çempionu finalda Norveç yığmasını 23:21 hesabı ilə məğlubiyyətə uğratmışdır.

Bürünc medalları üçüncü yer uğrunda görüşdə isveçli rəqiblərinə qalib gələn (24:21) Hollandiya həndbolçuları qazanmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında