Liderlər Sankt-Peterburqda görüşürlər

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində başlanıb iki gün davam edəcək “World Masters” beynəlxalq cüdo turniri ilin finişində tatami ustalarının qüvvələrinə son ciddi baxış olacaq. Hər çəkidə mükafatlar uğrunda reytinqə görə ən yaxşı 16 idmançının mübarizə aparacağını nəzərə alsaq, idman həvəskarlarını bir-birindən maraqlı görüşlər gözləyir.

Əlliyə qədər ölkə cüdoçularının iştirak edəcəyi turnirdə Azərbaycanı milli komandamızın liderləri Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq), 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Tural Səfquliyev, Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında