İlk yarımfinalçılar: “Keşlə” və “Neftçi”

“Keşlə” və “Neftçi” komandalarının futbol  üzrə Azərbaycan kuboku yarışlarının yarımfinalında oynamaq ümidləri doğrulmuşdur. Hər iki paytaxt klubu erkən baharda fəxri mükafat uğrunda mübarizəni davam etdirəcəkdir.

Dörddəbir finalın ilk oyununda “Kəpəz”ə iki cavabsız qolla qalib gələn “Keşlə” futbolçuları Gəncədə cavab görüşündə də meydanı qələbə ilə tərk etmişlər – 3:2.

Bu mərhələdə “Neftçi” də qarşısında duran ilkin vəzifənin öhdəsindən gəlmişdir. Rəqib meydanında “Zirə” ilə qarşılaşmada qeydə alınmış məğlubiyyətdən (0:1) sonra komanda cavab görüşündə inamlı qələbə qazanmışdır – 2:0. Bu oyunda iki top üstünlük ümumi yekunda yarımfinala adlamaq üçün kifayət etmişdir.

 

Ümumdünya İntellektual Oyunları

 

Çin Xalq Respublikasının Huayan şəhərində keçirilən Ümumdünya İntellektual Oyunlarının bask şahmatı turnirində (bu yarışda rəqiblər eyni vaxtda bir-birinə qarşı iki taxta üzərində müxtəlif rəngli fiqurlarla oynayırlar) ilk altı turda rusiyalı Aleksandr Qrişuk, Hindistan şahmatçısı Pentala Harikrişna və çinli Din Lijen daha yaxşı nəticə göstərmişlər – hərəyə 4 xal.

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov, Çin şahmatçısı Yun ­Yanyi, Dmitri Andreykin (Rusiya) 3,5, digər təmsilçimiz Şəhriyar Məmmədyarov və ­ukraynalı Anton Korobov isə 3 xal ­toplamışlar.

Turnirdə ikinci oyun gününün görüşləri dünən keçirilmişdir. Bask şahmatı Ümumdünya İntellektual Oyunlarının sürətli şahmat yarışları proqramında sonuncu turnirdir. Artıq xəbər verdiyimiz kimi, Məmmədyarov rapid turnirinin gümüş mükafatçısı olmuşdur.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında