Final: “Qremio” – “Real”

Birləşmiş Ərəb Əmirliklərində keçirilən futbol üzrə klublararası dünya çempionatının final görüşündə Braziliyanın “Qremio” (Portu–Aleqri) və İspaniyanın “Real” (Madrid) komandaları qarşılaşacaqlar. Bu, yarımfinal oyunlarından sonra məlum olmuşdur.

Finalın astanasında Braziliya təmsilçisi Meksikanın “Paçuka” klubunu yeganə qolla məğlubiyyətə uğratmış –1:0, ispanlar isə yarış sahiblərinin “Əl-Cəzirə” (Əbu-Dabi) komandasına qalib gəlmişlər – 2:1.

Yarımfinallarda qələbə qazanmış komandalar finalda çempionu müəyyənləşdirəcək, məğlublar isə bürünc medallar uğrunda matçda üz-üzə gələcəklər. Hər iki oyun dekabrın 16-da keçiriləcəkdir.

Xarici mətbuatın qeyd etdiyi kimi, çempionatın qalibi 5 milyon dollar qazanacaq, ikinci–üçüncü yerlərin sahiblərinə isə müvafiq surətdə 4 və 2,5 milyon dollar məbləğində mükafat nəzərdə tutulmuşdur.

 

Minskdə Avropa Oyunlarında qazanılacaq xallar
Tokio Olimpiadası üçün
nəzərə alınacaq

 

Belarus Teleqraf Agentliyi (BELTA) Avropa Badminton Federasiyasına istinadla bildirmişdir ki, 2019-cu ildə Minskdə  keçiriləcək II Avropa Oyunlarının badminton turnirinin qalibləri dünya reytinqi üçün maksimum miqdarda xal alacaqlar.

Oyunların çempionlarına 7000 zaçot xalı veriləcəkdir.  Qazanılan xallar 2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Olimpiya Oyunlarının təsnifatı üçün nəzərə alınacaq.

Belarus Respublikasının paytaxtında  badminton yarışları 2019-cu il iyunun 24-dən 30-dək keçiriləcəkdir. Turnirdə beş dəst medal oynanılacaq. Onların sahibləri kişi və qadınların fərdi və qoşa yarışlarında, habelə qarışıq qoşa görüşlərdə müəyyənləşəcək.

BELTA onu da bildirmişdir ki, Avropa oyunlarında iştirak etmək üçün 2019-cu ilin iyun aylnda Minskə 160 badmintonçunun gələcəyi gözlənilir.

Xatırladaq ki, badminton 2015-ci ildə Bakıda təşkil olunmuş I Avropa Oyunlarının da proqramına daxil idi.

 

Məmmədyarovalar Birləşmiş Ərəb Əmirliklərində

 

Birləşmiş Ərəb Əmirliklərində Sərcah şəhərinin kuboku uğrunda qadınlar  arasında 8-ci beynəlxalq şahmat turniri start ərəfəsindədir. Yarışın mükafatları uğrunda  99 rəqib, o cümlədən 10 qrossmeyster mübarizə aparacaq.  İştirakçılardan ikisi Azərbaycan təmsilçiləri Zeynəb və Türkan Məmmədyarova bacılarıdır.

Beynəlxalq turnirdə ilk görüşlər bu gün keçiriləcək, sonuncu, doqquzuncu tur isə dekabrın 21-nə təyin edilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında