İ D M A N

Yarımfinal ümidləri

 

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin birinci raundu çərçivəsində növbəti iki görüş də bir gün əvvəl keçirilmiş oyunlar kimi (“Keşlə” – “Kəpəz” – 2:0, “Zirə” – “Neftçi” – 1:0) gərgin mübarizə şəraitində davam etmiş və qaliblərin hesabda üstünlüyü yalnız bir top fərqlə ifadə  olunmuşdur.

Qəbələdə eyniadlı yerli klub “Səbail”ə çətinliklə qalib gəlmiş – 1:0, “Qarabağ” isə “Sumqayıt”la görüşün gedişində hesabda geri qalsa da, qonaqların vurduqları bir topa iki qolla cavab verərək əzmkar qələbə qazanmışdır – 2:1.

İlk oyunlarda qaliblərin xeyrinə kiçik üstünlüyün qeydə alınması dekabrın 14-15-də keçiriləcək cavab görüşlərinə azarkeş marağını daha da artıracaq. Axı rəqiblərdən heç biri iki oyunun yekununda yarımfinala çıxıb fəxri mükafat uğrunda mübarizəni davam etdirmək ümidini itirməyib.

 

Qrossmeysterimizin növbəti uğuru

 

Çin Xalq Respublikasının Huayan şəhərində Ümumdünya İntellektual Oyunları proqramı çərçivəsində keçirilmiş sürətli şahmatın rapid növü üzrə turnirdə 12 iştirakçı arasında ən yaxşı nəticəni Dmitri Andreykin (Rusiya), azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və Vyetnam təmsilçisi Le Quanq Lyöm göstərmişlər.

Qaliblər üçlüyü 7 mümkün xaldan hərəyə 4,5 xal toplamışdır. Əlavə göstəricilərə görə Məmmədyarov Oyunların gümüş mükafatçısı olmuşdur.

Dörd-beşinci yerləri finişə 4 xalla çatan çinlilər Din Lijen və Van Hao bölüşdürmüşlər. Turnirdəki digər qrossmeysterimiz Rauf Məmmədov çıxışlarını 2,5 xalla başa vurmuşdur.

 

Fevralda Münhendə,
martda İstanbulda

 

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsində Azərbaycanda da minlərlə pərəstişkarı olan İstanbulun “Beşiktaş” komandasına Münhenin “Bavariya” klubunu rəqib seçmişdir.

Komandalar əvvəlcə gələn il  fevralın 20-də Münhendə bir-birini sınağa çəkəcək, sonra da martın 14-də İstanbulda görüşüb dörddəbir finala  kimin daha çox layiq olduğunu qəti həll edəcəklər.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında