Mundial – 2018: Azərbaycan, ABŞ, Rusiya...

Yaxınlaşmaqda olan 2018-ci ilin ən mühüm idman hadisələrindən biri, şübhəsiz, Tokioda keçiriləcək qadın voleybol komandaları arasında dünya çempionatı olacaq. Yaponiya paytaxtında starta hələ doqquz ay qalsa da, artıq çempionatın püşkü atılmış, birinci qrup mərhələsində yarışacaq 24 kollektiv dörd qrupa bölünmüş, həmçinin oyunların təqvimi məlum olmuşdur.

Azərbaycan millisi “C” qrupunda çıxış edəcək. Püşk yığmamıza ABŞ, Rusiya, Koreya, Tailand, Trinidad və Tobaqo komandalarını rəqib seçmişdir.

Dünya çempionatının medalları uğrunda mübarizənin iştirakçılarından biri də Türkiyə kollektivi olacaq. Qardaş ölkə voleybolçuları Çin, İtaliya, Bolqarıstan, Kanada və Kuba komandaları ilə  birlikdə “B” qrupuna daxildirlər.

Hər qrupdan ən yaxşı dörd komanda növbəti mərhələyə vəsiqə qazanıb turnirdə yoluna davam edəcək.

Tokioda dünya çempionatı sentyabrın 29-da başlanıb oktyabrın 20-də finişə çatacaq. Oyunlar altı şəhərdə təşkil olunacaq. Azərbaycan volevbolçuları  birinci qrup mərhələsinin görüşlərini Kobe şəhərində keçirəcəklər. Çempionatda yığmamızın ilk  rəqibi senytabrın 29-da ABŞ komandası olacaq.

“Lokomotiv”in xeyrinə 3:1

Bakının “Lokomotiv” klubu kişilərdən ibarət  komandalar  arasında Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” yarışlarının 1/16 final mərhələsinin ilk oyunundan qələbə ilə ayrılmışdır.

Azərbaycan voleybolçuları paytaxtımızda  keçirilmiş  görüşdə Portuqaliyanın “Fonte Bastardo” komandasını qəbul etmiş və 3:1 hesabı ilə qələbə qazanmışlar.

İndi “Lokomotiv” gələn həftə rəqib meydanında  cavab görüşündə bu müvəffəqiyyəti bir qədər də inkişaf  etdirib səkkizdəbir finala çıxmağa çalışacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında