Dünya çempionatı Rusiya – Səudiyyə Ərəbistanı görüşü ilə başlanacaq

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda Rusiya–Səudiyyə Ərəbistanı görüşü ilə başlanacaq. Çempionat sahibləri və ilkin mərhələdə onların rəqibləri “A” qrupunda çıxış edəcəklər.

Bu, dekabrın birinci günü Moskvada Dövlət Kreml Sarayında keçirilmiş püşkatma mərasimində məlum olmuşdur. Püşk nəticəsində dünya çempionatında iştirak edəcək 32 komanda 8 qrupa bölünmüşdür.

“A” qrupuna Rusiya və Səudiyyə Ərəbistanı ilə yanaşı, Misir və Uruqvay komandaları daxildirlər.

Qalan qrupların isə tərkibi belədir:

“B”. Portuqaliya, İspaniya, Mərakeş, İran.

“C”. Fransa, Avstraliya, Peru, Danimarka.

“D”. Argentina, İslandiya, Xorvatiya, Nigeriya.

“E”. Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya.

“F”. Almaniya, Meksika, İsveç, Cənubi Koreya.

“G”. Belçika, Panama, Tunis, İngiltərə.

“H”. Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Qruplarda 1-2-ci yerləri tutan komandalar səkkizdəbir finalda mübarizəni davam etdirəcəklər. Mundialın oyunları 11 şəhərdə: Moskva, Sankt-Peterburq, Rostov, Soçi, Yekaterinburq, Saransk, Kalininqrad, Nijni Novqorod, Kazan, Volqoqrad və Samarada keçiriləcəkdir.

Bir ay bir gün davam edəcək dünya çempionatı 2018-ci il iyulun 15-də final görüşü ilə başa çatacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında